Mikro kreditlər üzrə qrup rəhbəri
 
JOB TITLE: Mikro kreditlər üzrə qrup rəhbəri
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-25 LAST UPDATED: N/A DEADLINE: 2020-01-24

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” (Nikoil Bank) hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) training@yelo.az ünvanına göndərə bilərlər.

Vəzifə: Mikro kreditlər üzrə qrup rəhbəri
Region: Bakı, Sumqayıt, Bərdə, Lənkəran

Tələblər:

• Ali təhsil (iqtisadiyyat və maliyyə təhsili olan namizədə üstünlük verilir)
• Mikro kreditlәrlә iş sahәsindә minimum 3 il tәcrübә
• Analitik düşüncә
• Әla ünsiyyәt qurma vә komandanı idarə etmək bacarığı

Öhdəlikləri:

• Mikro kredit mәhsullarının satışı prosesinin keyfiyyәtli şәkildә tәşkili vә icra olunmasına nәzarәt etmək
• Mikro kredit mәhsulları üzrә mövcud il üçün tәsdiqlәnmiş vә Bankın büdcә planında nәzәrdә tutulmuş satış planlarının hәyata keçirilmәsinә nәzarәt etmək
• Direkt marketinq işlərinin təşkili və potensial müştərilərin banka cəlb edilməsinə nəzarət etmək
• Filialda mikro kredit sahәsindә çalışan qrup әmәkdaşlarının kredit portfelinin tәhlili vә nәzarәti

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP