İncoming Auditor
Vəzifə öhdəlikləri
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə nəzarət; • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatlar və rəylər hazırlamaq; • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılmasını həyata keçirmək; • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq; • Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək; • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək; • Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək; • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəylər hazırlamaq; • Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq; • Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək; • Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək; • Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək; • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
Namizədə bağlı tələblər
• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit); • Analitik təhlil qabilliyətinə sahib olmalı; • Komandada işləmək bacarığı; • Turizm sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı; • Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı; • Hesabatın hazırlanması və yazılması bacarığı olmalı;
İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün, 6-сı gün qısa iş günü; • Nahar şirkət tərəfindən verilir; • Əmək haqqı: 1300-1500 AZN
Maraqlanan namizədlər mövzu yerində “Auditor” yazmaqla öz CV-lərini hrotel@mail.ru ünvanına göndərə bilərlər.
|