
Hörmətli Namizədlər!
“AVRORA” MMC "Mexanik" vakansiyanı açıq elan edir!
Vəzifə və öhdəlikləri:
• İstehsalat-təsərrüfat fəaliyyəti üzrə işə başlayarkən, ümumi avadanlıqlara (texnika, maşın mexanizm və s.) baxış keçirilməsi; • Müvafiq avadanlıqlarda yağlama və filtrlərdə təmizləmə işlərinin yerinə yetirilməsi, eləcə də avadanlıq və texnikaların yanacaqla təmin edilməsi; • Avadanlıq və dəzgahların hər birinin işləmə mexanizminə nəzarət edilməsi; • Distributor anbarlarında mövcud olan məhsulların sayımını həyata keçirtmək və sayım nəticələrini raportlamaq.
Tələblər:
• İstehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmlərinin idarəedilməsi ixtisası üzrə ali və ya orta ixtisas təhsili; • İstehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmi barədə ixtisas təlimləri keçmiş; • Mexanik kimi ən azı 3 il analoji iş təcrübəsi; • Ms Office proqramında işləyə bilmə bacarığı; • Yaş: 25-45
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət; • İş vaxtı: 08:00-dan 20:00-dək; • Nahar şirkət tərəfindən təmin olunur; • İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Mexanik" yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|