
Hörmətli Namizədlər!
“AVRORA” MMC "Operator" vakansiyanı açıq elan edir!
Vəzifə və öhdəlikləri:
• Texnoloji maşınları və avadanlıqları idarə etmək; • İstehsalat maşınlarının axınını nizamlamaq üçün fəaliyyətə nəzarət etmək; • Yarım avtomatik avadanlıqları və pnevmatik sistemləri idarə etmək; • Digər istehsalat avadanlıqlarını və idarə panelini idarə etməli, istehsalat xəttini işə salır və məhsulu müşahidə edir; • Məhsul nümunələrini və laboratoriya hesabatlarını təftiş etmək və tədarük axım dərəcələrini tənzimləmək; • İstehsalat qeydlərini və hesabatlarını tərtib etmək; • Müəyyən edilmiş maşınların yaxşı işlək vəziyyətdə saxlanılmalarını təmin etmək; • Müəyyən edilmiş maşınları yaxşı sanitar vəziyyətdə saxlanmalarını təmin etmək; • Tərtib edilmiş cədvələ uyğun olaraq istehsalatın məhsuldar olmasını təmin etmək; • İstehsalat üçün anbardan xammalları götürmək; • İşlətdiyi avadanlığın texniki tərəfdən saz və gigiyenik cəhətdən təmiz saxlanılması; • İşin sonunda istifadə etdiyi avadanlığın təmizlənilməsi; • Təhlükəsizlik və əməyin mühafizəsi iş metodlarının təlimatlandırılması.
Tələblər:
• Operator sahəsi üzrə iş stajı, orta və ya orta ixtisas təhsili; • İstehsalatda müvafiq sahə üzrə ixtisas təlimləri keçmiş; • Ən azı 2 il analoji iş təcrübəsi; • Kollektivdə ünsiyyət qurma bacarığı, kollektivdə işləməyi, ola biləcək problemlər və onları həlletmə bacarığı; • Yaş: 25-40
İş şəraiti:
• Həftədə 4 iş günü, 2 gün istirahət; • İş vaxtı: 08:00-dan 20:00-dək; • Nahar şirkət tərəfindən təmin olunur; • İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Operator" yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
|