
“NewCond” MMC “böyük mühasib/baş mühasibin müavini” vakansiyası elan edir:
Vəzifə təlimatları:
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi; • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi; • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi; • Təhtəlhesab, balans, avans hesabatının aparılması; • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.) • Hesab və elektron qaimə-fakturaların yazılması; • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması; • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması; • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
• Ali təhsil (mühasibat uçotu, maliyyə); • Vergi Məcəlləsini bilməli; • 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı; • Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi; • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; • Komandada işləmək bacarığı; • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər). İş günləri : həftədə 6 gün. Yaş həddi: 25-35 Əməkhaqqı: 1200 AZN
CV-lərinizi hr@newcond.az ünvanına "böyük mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur.
|