Əməliyyat kassa xidmətləri üzrə kiçik mütəxəssisi/mütəxəssi/aparıcı mütəxəssisi
 
JOB TITLE: Əməliyyat kassa xidmətləri üzrə kiçik mütəxəssisi/mütəxəssi/aparıcı mütəxəssisi
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-28 LAST UPDATED: N/A DEADLINE: 2020-01-27

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” (Nikoil Bank) hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
 
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə müraciət etdiyi sahəni qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) training@yelo.az ünvanına göndərə bilərlər. 

Vəzifə: Əməliyyat  kassa xidmətləri üzrə kiçik mütəxəssisi/mütəxəssi/aparıcı mütəxəssisi
Region: Bakı, Sumqayıt, Gəncə

İşə qəbul olunan yeni namizədə dəstək
Hər bir əməkdaşa öz peşəsinin sirlərinə dərindən yiyələnməsi üçün ona Bankın peşəkar təlim və inkişaf komandası tərəfindən nəzəri ixtisaslaşma təlimi verilir. Daha sonra əməkdaşın işə praktiki adaptasiyasını sürətləndirmək məqsədi ilə ona təyin olunan təcrübəli mütəxəssis tərəfindən aktiv iş öyrədilir. Bununla yanaşı, karyerasına yeni başlayan hər bir yeni əməkdaş təcrübəyə əmək haqqı ödənilməklə və bonus qazanmaq imkanı təqdim olunmaqla ona maliyyə dəstəyi verilir. Karyeraya yeni başlayan əməkdaşların bilik və bacarıqlarının artırılması Bankımızın öhdəliyi olduğunu hesab edirik və namizədlərimizdən təcrübə tələb etmirik.

Tələblər
• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir
• Word və Excell proqramlarından istifadə bacarığı
• Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
• Komanda ilə işləmək bacarığı
• Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
• Riyazi hesablamaları bacarmaq
• İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Öhdəliklər
• Nağd vəsait və ödəniş çeklərini qəbul etmək
• Yerli və xarici valyuta mübadiləsi əməliyyatlarını aparmaq
• Əməliyyatları bankın əməliyyat proqramında əks etdirmək

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP