Robotexnika təlimçisi
 
JOB TITLE: Robotexnika təlimçisi
EMPLOYER: Kaspi Təhsil Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-28 LAST UPDATED: N/A DEADLINE: 2020-01-27

“Kaspi” Təhsil Şirkəti Robotexnika təlimçisi vəzifəsi üçün vakansiya elan edir.

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 12 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Minimum vakansiya tələbləri:

• Ali təhsil;
• Müasir texnologiyanın imkanlarından istifadə etmək bacarığı;
• Ən azı bir proqramlaşdırma dilini bilmək;
• Müvafiq sahədə təcrübə üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

• Robotexnika tədris sahələrindən birini (Lego mindstorms ev3, microbit, arduino, vex, tetrix və s.) bilməsi arzuolunandır;
• Şagirdlərlə ünsiyyət qurma bacarığı;
• Kollektivdə işləmək bacarığı;
• Layihələrin hazırlanması və icrası bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Azərbaycanda dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (orta səviyyəli İngilis dili və Rus dili biliyi arzuolunandır);
• Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
• Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat bacarığı;
• Yaradıcı və innovativ düşüncə tərzi;
• Öyrənmə və inkişaf həvəsi.

Vəzifə öhdəlikləri:

• Liseydə təhsil alan şagirdlərə müasir texnologiyadan istifadə etməklə robotexnika dərslərinin tədrisi;
• Şagirdlərlə birlikdə müxtəlif qrup işlərinin, layihələrin hazırlanması;
• Şagirdlərin dərsdənkənar fəaliyyətlərinin izlənməsi, analizi və lazımi işlərin həyta keçirilməsi;
• Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq, onların meyl və maraqları üzrə inkişafına dəstək göstərmək;
• İstedadlı şagirdlərin üzə çıxarılması üçün fəaliyyət planını icra etmək;
• Şagirdlərlə fərdi iş aparmaq, olimpiada, yarış, sərgi və s. tədbirlərdə onların iştirakını təmin etmək;
• Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək.

İş saatları: I, II, III, IV günlər - saat 15:00-16:00
İş yeri: Bakı şəhəri

• Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. https://www.kaspi.edu.az/career/
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
• Son müraciət tarixi: 19.01.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP