Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi/ Meneceri
 
JOB TITLE: Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi/ Meneceri
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-28 LAST UPDATED: N/A DEADLINE: 2020-01-27

Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi/ Meneceri

Ümumi məlumat

Kapital Bank namizədləri Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi/ menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını və onlayn satışını təmin etmək;
• Bankın mobil bank tətbiqi üzrə müəyyən edilən hədəflərə çatmağını təmin etmək;
• Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini təmin etmək;
• Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətini təmin etmək;
• Bankın rəqəmsal platformada aktivliyinin təmin etmək;
• Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar vermək;

Tələblər

• Ali təhsil (İqtisadiyyat, Marketinq, Biznesin təşkili üzrə təhsil arzuolunandır);
• Yüksək ünsiyyətqurma bacarıqları;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı;
• Rəqəmsal marketinq üzrə minimum 3 il iş təcrübəsi;
• Rəqəmsal kanallar üzrə minimum 50 000 USD xərcləmə təcrübəsi;
• Komanda tərkibində işləmə qabliyyəti;
• Dəqiqlik və operativlik;
• Stressə davamlılıq və məsuliyyətllik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Rəqəmsal marketinq şöbəsinin baş mütəxəssisi/ menecer" qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP