İT Təhlükəsizlik mütəxəssisi
 
JOB TITLE: İT Təhlükəsizlik mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-29 LAST UPDATED: N/A DEADLINE: 2020-01-28

Azərbaycanda 25 ildir fəaliyyət göstərən, tərkibində 12 şirkət və 14 min əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupu Şirkətlərindən birinə İT Təhlükəsizlik mütəxəssisi vakansiyasını elan edir.

Biz Sizə sürətlə böyüyən Şirkətlər Qrupunda dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

- Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini və baş verə biləcək təhlükələri bilmək və öncədən qarşısını almaq;
- İnformasiya hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, təhlili və ümumiləşdirilməsi.

Namizədə tələblər:

- Müvafiq sahə üzrə iş təcrübəsi;
- İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək (aşağıdakı texnologiyalar daxil olmaqla: Web Application Firewall, RADIUS, “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, IPS/IDS, Layer 2 və Layer 3 şəbəkə təhlükəsizliyi, e-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri);
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək ünsiyyət və kollektivdə işləmək bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində İT Təhlükəsizlik mütəxəssisi yazmaqla öz CV-ni career@veyseloglu.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP