Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-29 LAST UPDATED: N/A DEADLINE: 2020-01-28

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Anbardar

Vəzifə öhdəlikləri:

• Məhsulların anbarda qəbulu, saxlanması və oradan təhvil verilməsinə nəzarət etmək;
• Anbar qalığına nəzarət etmək;
• Yerdəyişmələrə nəzarət etmək;
• Vitrin məhsullarının yığılmasına nəzarət etmək;
• Anbarın işçilərinə rəhbərlik etmək;
• Müştərilərə məhsulları təqdim etmək;
• Görülmüş işlər barədə mağaza rəhbərliyinə məlumat vermək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl bilməli, rus dilini bilməsi arzuolunandır;
• 1c proqramını bilməli;
• Bu sahədə iş təcrübəsi arzuolunandır.

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət qurmaq bacarığı;
• Liderlik keyfiyyətlərinə malik olmalı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Kollektivdə işləmək bacarığı olmalıdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar” qeyd edərək hr@abc-telecom.az elektron ünvanına göndərmək xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP