Kadr işləri üzrə mütəxəssis (“MKT- Bərdə” Filialı )
 
JOB TITLE: Kadr işləri üzrə mütəxəssis (“MKT- Bərdə” Filialı )
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-30 LAST UPDATED: N/A DEADLINE: 2020-01-29

Kadr işləri üzrə mütəxəssis (“MKT- Bərdə” Filialı )

MKT-İK MMC (Pambıq müəssisəsi) “MKT Bərdə” Filialına Kadr işləri üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
• İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
• İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;

Tələblər

• Ali təhsilin olması;
• Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
• MS Office proqramları bilikləri;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• 1C proqram biliyi arzu olunandır;

İş qrafiki: 6 günlük, I – V 09:00-17:00, VI 09:00 – 14:00

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kadr işləri üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP