
AFB Bank Şəxsi köməkçi (Personal assistant) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Şəxsi köməkçi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil və ya orta ixtisas təhsil; • Yaxşı dərəcədə yazılı və şifahi azərbaycan, rus və ingilis dili biliyi; • MS Office proqramlarında işləyə bilmək bacarığı; • Koordinasiya, ünsiyyət qurma və təşkilatçılıq qabiliyyəti;
İŞİN TƏSVİRİ:
• Rəhbərliyin aparacağı iclas və müşavirələrin keçirilməsi üçün hazırlıq işlərinin görülməsi, lazım olan sənədlərin yığılması, iclas və ya müşavirənin keçiriləcəyi vaxt, yer və gündəlikdəki məsələlər haqqında iştirakçıların əvvəlcədən xəbərdar edilməsi; • Keçirilən görüş və iclaslarda iştirak edərək (rəhbərliyin müəyyən etdiyi) iclasın qeydiyyat və sənədləşdirməsinin aparılması; • Rəhbərliyin qəbuluna gələn qonaqların qəbulunu təşkil etmək; • Rəhbərlik tərəfindən tələb edilən hesabatların, təqdimatların və s. hazırlanması. • Rəhərliyin tapşırığı ilə şirkətdaxili və xarici yazışmaların Azərbaycan və İngilis dilində mətninin hazırlanması; • Rəhbərliyə ünvanlanmış telefon zənglərinin cavablandırılması,Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəxsi köməkçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
|