
Ümumi məlumat
Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarə edilməsinə dair tənzimləyici nəzarət çərçivəsinin yaradılması və təkmilləşdirilməsi; • Risk Hesabatlıq sisteminin təkmilləşdirilməsinə və risk menecment alətlərindən istifadə edərək portfelin təhlil edilməsi; • Problemli kreditlərin təqibi sisteminin qurulmasını (model, strategiya, mükafatlandırma sistemi və yığım alətlərinin yaradılmasını), optimallaşdırılmasını və nəzarəti; • Likvidlik, bazar və digər (kapital və s) risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi; • Risk limitlərinin, o cümlədən bankın Risk İştahasının hazırlanmasına dair təkliflər və risk limitlərinə riayət olunmasına nəzarət; • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsi; • Risklərin idarə edilməsi, eləcə də bankın ümumi vəziyyəti ilə bağlı hesabatlığın hazırlanmasını və nəzarəti; • İFRS standartlarına uyğun olaraq ehtiyatların yaradılması; • İstehlak kreditləri üzrə anderraytinq skorinq modellərin yaradılması, təkmilləşdirilməsi, kalibrasiyası.
Tələblər
• Vətəndaş qüsursuzluğuna malik olma; • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili; • Bank sektorunda azı 5 il, risk sahəsində azı 3 il iş təcrübəsi; • Komputer biliyi: Office proqramlarından sərbəst istifadə; • Xarici dil bilikləri: İngilis, Rus yaxşı səviyyədə bilmək(əlavə xarici dil bilikləri alqışlanır) ; • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması; • Digər: Liderlik, yüksək səviyyədə kommunikasiya bacarığı, analitik təhlil edə bilmə qabiliyyəti; • Yüksək səviyyədə idarəetmə, işçiləri motivasiya etmə və təşkilatçılıq qabiliyyəti • Qanunvericilik, sənədləşmə biliyi: Bankdaxili qaydaları, Bank qanunvericiliyini mükəmməl bilmək, Mülki məcəllə və Vergi məcəlləsində bank fəaliyyəti ilə bağlı maddələrini bilmək. • Yüksək təzyiq, stress altında işləmək bacarığı.
CV-lərinizi, mövzu hissəsində “Risklərin idarə edilməsi departamentinin Təhlil şöbəsinin Rəisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
|