
Vakansiya haqqında məlumat:
Struktur bölmə : Satış departamenti, Korporativ sığorta şöbəsi Vəzifə : Müştəri meneceri Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq İş saatları (iş rejimi) : 09:00-18:00 Son müraciət tarixi : 20 yanvar 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək; 2. Cəmiyyətə yeni korporativ müştərilərin cəlb olunmasını həyata keçirmək; 3. Mövcud korporativ müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq. 4. Mövcud korporativ müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək; 5. Debitorların ödənilməsini təmin etmək; 6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək 7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur. Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb edilir Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta Kompüter bilikləri : MS Office Üstünlüklər: Sahə üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, müştəri yönümlülük, təsir göstərmə, münasibət yaratma
İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15 Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası:
Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin müştəri meneceri vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
|