Şirkət: İnshaat-İ
Tikinti üzrə Baş Mühasib
İşin təsviri:
• Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət • Debitor borcları üzrə bank və kassa sənədlərinin uçotuna nəzarət • Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması • Gecikmiş borclar üzrə müqavilə şərtlərinə əsasən müvafiq tədbirlərin görülməsi • Debitor borcların ümumi vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatların verilməsi • Kreditor və Debitor borcların mətəmadi şəkildə təhlili • Daxil olan materialların və xidmətlərin uçotu • Əsas vəsait və qeyri-maddi materialların uçotu • İnzibati və kommersiya xərclərinin uçotunun aparılması • Invoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri; • Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət; • şirkətin kassa uçotunun aparılması; • Idarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması); • Vergi uçotunun bilməsi və vergi hesabatlarının tərtibatı təcrübəsi; • Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti. • Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələrin hazırlanması; • Bank kreditlərin və bank zəmanətlərin alınmasına dair sənədləşmənin aparılması; • Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri; • Forma 2,3-smeta ilə işləmək bacarığı • Digər, yuxarıda göstərilməyən, lakin gündəlik tələbatı olan maliyyə direktorun tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir • Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində) • 5-10 il tikinti sahəsi üzrə iş təcrübəsi • 1C mühasibatlıq proqramını tam bilməli • Excel proqramında işləmə bacarığı • Bank-kassa sənədlərilə işləmə qabiliyyəti • İnzibati və kommersiya xərclərinin uçotunu apara bilməli • Fakturaların yoxlanılması və firmalarla üzləşdirmə bacarığı • Hesablar planı və mühasibatlıq yazılışlarını oxuya bilməli • Rus və ingilis dilləri arzuolunandır.
Əmək haqqı net 1500-2000 (namizədlərdən asılı olaraq müəyyən olunacaqdır)
Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in mövzü bölməsində “Tikinti üzrə Baş Mühasib” qeyd edərək erainshaat@gmail.com ünvanına göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
|