Kadrlar üzrə baş mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə baş mütəxəssis
EMPLOYER: İnshaat-İ DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-12-30 LAST UPDATED: 2020-01-08 DEADLINE: 2020-01-29

Şirkət: İnshaat-İ

Tikinti üzrə Kadrlar üzrə baş mütəxəssis

- Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək;
- Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
- Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq;
- Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq
- İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək
- Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq
- Hesabatları və statistik məlumatları hazırlamaq
- İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək
- Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək
- İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək
- İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək

İş rejimi : həftə içi 6 gün

Namizədə tələblər

- Xanım namizədlərə üstünlük veriləcəkdir
- Yaş həddi 35-55
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilmək
- Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını
- İnsan resurslarına aid elektron proqramlardan istifadə qaydalarını (e-gov, 1C)
- Ofis proqramları
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Operativ çalışma və məsuliyyətlilik
- Komanda ilə işləmək bacarığı
- İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı
- Rus və İngilis dilini bilməsi arzuolunandır.

Əmək haqqı : 1200 AZN

Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in mövzü bölməsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək erainshaat@gmail.com ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP