Satış və marketinq üzrə menecer (Metal Konstruksiya üzrə)
 
JOB TITLE: Satış və marketinq üzrə menecer (Metal Konstruksiya üzrə)
EMPLOYER: Xırdalan Metal Konstruksiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-06 LAST UPDATED: N/A DEADLINE: 2020-02-05

Satış və marketinq üzrə menecer (Metal Konstruksiya üzrə)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili, İngilis dili, Rus dili
• MS Office,
• Minimum 3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı (Metal Konstruksiya istehsalı sahəsində işləyənlərə üztünlük verilir)
• Ali təhsil
• Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
• Metal Konstruksiya istehsalının texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını bilməsi arzu olunur.

Vəzifələr:

 Müştərilərə istehsal olunan məhsulların satışını təşkil edir;
 Satış hədəflərini və kanallarını müəyyənləşdirir;
 Metal Konstruksiya istehsal edən və satışı ilə məşqul olan rəqib müəssisələr, bazar payları, potensial müştərilər, məhsul və xidmətlər haqqında mütəmadi məlumat toplayır;
 Telefon və digər kommunikasiya vasitələri ilə müştərilərlə əlaqə qurur, görüşmə vaxtını təyin edir;
 Müştərilərin qəbulu və lazımi qeydlərin aparılmasını (sistemə işlənməsi) həyata keçirir;
 İstehsal olunan məhsullar barədə təqdimatlar hazırlayır və potensial müştərilərə nümayiş edir;
 Satış qiymətinin və ödəmə şərtlərinin müəyyənləşdirilməsini rəhbərliklə razılaşdırır;
 Müştəri əlaqələrinin inkişaf etdirilməsini təmin edir.
 Gələn satış tələblərinə və potensial müştərilərə qiymət təklifinin verməsi, verilən təkliflərin nəticələrinə nəzarət edilməsi
 Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
 Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
 Satış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;
 Zavodun ölkə daxili bazar payının qorunması və artırılması ilə bağlı işlərin görülməsini təmin edir.
 Satış fəaliyyətləri ilə bağlı risk analizlərini aparmaq və satışları istiqamətləndirmək.
 Gündəlik, aylıq və illik satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim etməsi
 Şirkətin Sosial Media Marketinqini (SMM) idarə edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Yüksək əmək haqqı
Nahar ilə təmin edilmə

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Satış və marketinq üzrə menecer (Metal konstruksiya üzrə) yazmaqla Hr.steel@akkord.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP