Mühasib
Vəzifə öhdəlikləri
• Maliyyə şöbəsinin mühasibi restoranın Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir. • Restoranın müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparır. • Şirkət tərəfindən ona həvalə olunmuş elektron poçt qutusuna mütəmadi olaraq nəzarət edir və elektron yazışmaların operativ cavablandırılmasını icra edir. Namizədə bağlı tələblər
• Təhsil-Ali; • Elektra, Microsoft Office proqramlarını əla səviyyədə bilmək; • Restoran sahəsində ən azı 3 il iş təcrübəsi; • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
İş Şərtləri:
• İş vaxtı: həftədə 6 gün; • Nahar şirkət tərəfindən verilir; • Ünvan: Mərdanov qardaşları küçəsi;
Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini hrotel@mail.ru ünvanına göndərə bilərlər.
|