 “PAŞA Sığorta” ASC namizədləri “Layihələrin İdarəolunması üzrə mütəxəssis/baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Şirkətin layihə portfelinin idarəolunması və biznes strategiyasına uyğunluğunun təmin olunmasında dəstək göstərmək; • Layihələrin idarəolunması istiqamətində metodologiyanın biznes ehtiyaclarına və layihələrin xüsusiyyətlərinə əsasən təkmilləşdirilməsi prosesində dəstək göstərmək; • Layihələrin idarəolunması istiqamətində metodologiyaya uyğun olaraq layihələrin aparılmasında və sənədləşdirilməsində Layihə Menecerlərinə dəstək olmaq; • Rəhbər Komitənin təşkil olunması; • Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi ilə təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi; • Layihə komandasının təyin olunmuş Əsas Fəaliyyət Göstəricilərinə əsasən qiymətləndirmənin keçirilməsi; • Layihələrin İdarəolunması üzrə biliklərin artırılması məqsədi ilə müvafiq təlim, iclas və seminarların keçirilməsi; • Layihə portfeli üzrə aylıq hesabatların hazırlanması; • Layihə sənədlərinin arxivləşdirilməsini təmin etmək; • Şirkət daxilində layihələr barədə məlumatlılığın artırılması məqsədi ilə kommunikasiyanın gücləndirilməsində dəstək olmaq; • Layihələrin idarəolunması istiqamətinin yetkinlik səviyyəsinin yüksəldilməsi məqsədi ilə boşluqların müəyyən edilməsi, tədbirlər planın hazırlanması və icrası.
Bilik və bacarıqlar:
• Ali texniki, maliyyə, iqdisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil; • Layihələrin idarəolunması istiqamətində ən azı 1 il iş təcrübəsi; • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır; • Peşəkar təqdimat bacarıqları; • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; • MC Office üzrə (Excel, Power point) qabaqcıl istifadə bacarıqları; • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq; • Dürüst, geribildildirimə açıq və komandada işləmək bacarığı; • Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, Prince2, PMI-ACP) sertifikasiyanın olması arzu olunandır.
Son müraciət tarixi: 30 yanvar, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|