
AFB Bank Biznesin İnkişafı Strukturunun baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş Mütəxəssis İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil; • Minimum 2 il pərakəndə biznes sahəsində iş təcrübəsi; • Əla səviyyədə Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır). • Yüksək ünsiyyətqurma və təqdimat bacarıqları; • Analitik düşünmə və iqtisadi təhlil qabiliyyəti; • Dinamik, operativ, dəqiqlik, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı;
İŞİN TƏSVİRİ:
• Mövcud pərakəndə bank məhsullarının inkişafını təmin etmək; • Yeni məhsul və xidmətlərin yaradılması barədə təkliflərin hazırlanması; • Bank xidmətləri bazarının təhlili, pərakəndə biznes üzrə bank məhsullarının müqayisəli təhlilinin aparılması və müştərilərin ehtiyacları nəzərə alınmaqla, ayrı-ayrı istehlak müştəri seqmentləri üçün paket məhsulların hazırlanması; • Peşə bayramları, rəsmi bayramlar və digər xüsusi günlər münasibətilə məhsullar üzrə güzəştli kampaniyalar təklif etmək, kampaniyanın keçirilməsinə nəzarət etmək; • Pərakəndə bank məhsullarının satışının artırılması strategiyasının hazırlanmasına dəstək vermək; • Məhsul şərtlərinin bank əməkdaşlarına çatdırılmasında iştirak etmək, yeniliklər və dəyişikliklər barədə treyninq keçirmək; • Birbaşa rəhbərinin məhsul və xidmətlərin inkişafı üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı strukturunun baş mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
|