Mərkəzləşdirilmiş Kredit Satışı üzrə Supervayzer
 
JOB TITLE: Mərkəzləşdirilmiş Kredit Satışı üzrə Supervayzer
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-07 LAST UPDATED: N/A DEADLINE: 2020-02-06

İş Elanı № 01/20

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün Mərkəzləşdirilmiş Kredit Satışı üzrə Supervayzer vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS FUNKSİALAR

MKS Supervayzeri FINCA-nın kreditvermə fəaliyyətinin yeni üsullarından birini həyata keçirən Mərkəzləşdirilmiş Kredit Satışı (MKS) Bölməsinin işinin təşkilində və idarə edilməsində MKS Menecerinə dəstək göstərəcəkdir. MKS Supervayzeri təyin olunmuş MKT işçilərinin yüksək keyfiyyətli kredit təsdiqetməsini, fəal satışın həyata keçirilməsini təmin etmək və yoxlamaq üçün müntəzəm olaraq MKS işçilərinin gördükləri işləri müşahidə edəcək və izləyəcəkdir. Həmçinin, MKS işçilərinin performanslarının yüksəldilməsi üçün təlim ehtiyaclarının müəyyən edilməsində aktiv rol alacaqdır. MKS prosedurları üzrə dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi və prosedurun təyin edilmiş MKS işçiləri tərəfindən düzgün olaraq tətbiq edilməsini təmin edəcəkdir.

MKT – 40%

• Rəhbərlik etdiyi MKS komandası vasitəsi ilə hədəf qruplara təyin olunmuş plana və göstəricilərə uyğun olaraq kredit verilməsini həyata keçirmək.
• Təyin olunmuş komanda üzvlərinin satış səylərinin dəyərləndirilməsi və yoxlanışı, və müştəri müvafiqliyi, kredit təsdiqlənməsinin həyata keçirilməsi, digər aspektlər və kredit sənədləşməsinin davamlı yoxlanışı daxil olmaqla mütamadi müşahidələr aparmaqla keyfiyyətli MKS xidmətləri göstərilməsini təmin etmək. МKS xidmətləri göstərilməsində bütün aspektlərin təkmilləşdirilməsi yolları üzrə MKS işçilərinə lazımlı biliklər və məlumatlar vermək.
• Mövcud sistem, siyasət və prosedurların təkmilləşdirilməsi üzrə Xətti Menecerinə təkliflər vermək və yeni ideyaların həyata keçirilməsində kömək etmək.
• MKS komandasının iş əsnasında rastlaşdıqları problemləri təhlil etmək və həlli üçün alternativ yollar tapmaq.
• MKS işçilərinin müştəri ilə danışıqlarının müşahidə edilməsi və təsdiq edilmiş kreditlərin monitorinq olunması.
• Tələb olunduğu kimi, yeni/təkmil MKS xidmətləri növlərinin layihələşdirilməsi, sınaqdan keçirilməsi və yayılmasına kömək etmək.

Planlaşdırma/Hesabatvermə – 15%

• Rəhbərlik etdiyi MKS komandası üçün hədəflərə uyğun olaraq hesabatlılığın təmin olunması.
• Komanda üçün təyin olunmuş planların günlük, həftəlik, aylıq və s. periodlar üzrə işçilər arasında planlaşdırılması və plana çatma istiqamətində mütəmadi olaraq hesabatların tərtib olunması.
• Təyin olunmuş əsas performans göstəricilərinə uyğun olaraq hesabatların hazırlanması.

İnsan Resurslarının idarə edilmesi – 40%

• MKS üçün işçilərinin seçim və işə qəbulunda Xətti Menecerinə köməklik etmək.
• MKS komandası daxilində yeni işə qəbul olunmuş işçilərin təlim ehtiyacını öyrənmək və Xətti Meneceri və İR nümayəndəsi ilə koordinasiyalı şəkildə təlimlər keçmək.
• Komandaya gündəlik iş tapşırıqlarının təyin olunması, paylaşdırılması və izlənməsi, yerinə yetirilməsində lazımı dəstəyin göstərilməsini təmin etmək
• MKS işçilərinin fəaliyyət hədəflərinin dəyərləndirilməsini həyata keçirmək.
• Müvafiq təlim yığıncaqlarında iştirak etmək və müəyyən olunmuş digər fəaliyyətinə FİNCА Аzerbaijan-ın kreditvermə sahəsi üzrə təlim və inkişaf təşəbbüslərinə dəstək götərmək.
• Ən yaxşı təcrübə, sistem, siyasət, prosedurlar və sənədləşmə (maliyyə xidmətləri və digər) barədə məlumat və bilikləri MKS işçiləri arasında mütəmadi olaraq yaymaq/təlimatlandırmaq.

Digər/Ümumi – 5%

• Qabaqcıl təcrübələrin yeniləşdirilmiş biliyi (həm maliyyə xidmətləri, həm də ümumi idarəetmə) daxil olmaqla davamlı şəxsi inkişafı təmin etmək və bu biliyi MKS fəaliyyətinə tətbiq etmək.
• MKS bölməsinin təcrübəsinə əsaslanaraq FINCA-nın ümumi yeni kreditvermə yanaşmasının inkifına dəstək göstərmək.
• Xətti Menecer tərəfindən təyin olunmuş digər işlərin icrasına dəstək göstərmək

Vəzifə üzrə tələblər

• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
• Yaxşı satış bacarıqları
• Komanda şəklində işləmək və komanda idarəçiliyi bacarıqları
• Yüksək analitik, təşkilati və vaxtı idarəetmə bacarığı
• Kredit vermə sahəsində 1 ili rəhbər olmaqla ən azı 2 il təcrübə
• Azərbaycan dilini səlis bilməli; İngilis dilini və Rus dilini danışıq səviyyəsində bilmək üstünlük kimi qəbul edilir.
• Microsoft Office proqramları daxil olmaqla üstün kompyuter bilik və bacarığı

Əgər yuxarıda qeyd edilən vəzifədə çalışmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Yanvar 2020-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə Supervayzer qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP