Təmir işləri üzrə texnik
 
JOB TITLE: Təmir işləri üzrə texnik
EMPLOYER: Saffron Restaurants Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-07 LAST UPDATED: N/A DEADLINE: 2020-02-06

Vəzifə: Təmir işləri üzrə texnik

Vəzifə haqqında ümumi məlumat:

Təmir işləri üzrə texnik restoranın və sözügedən yerdə avadanlıqların yaxşı vəziyyətdə saxlanılmasına cavabdeh olacaqdır. O, ehtiyac olduqda təmir işləri ilə yanaşı, həmçinin boya işlərini yerinə yetirəcək, isitmə və soyutma avadanlıqlarının saz vəziyyətdə işləməsinə nəzarət edəcək, mətbəx avadanlıqlarının xırda təmiri, santexnika tipli işləri icra edəcəkdir.

Vəzifələ öhdəlikləri:

• Restoran otaqlarının və ərazisinin nəzərdən keçirilməsi, sağlamlıq və təhlükəsizlik standartlarına cavab vermək üçün mexaniki avadanlıqların saz vəziyyətdə işləməsinin təmin edilməsi;
• Elektrik cihazlarına lazımi texniki xidmətlərin göstərilməsi (yararsız lampaların və enerjiyə qoşulma girişlərinin dəyişdirilməsi, elektrik panelində cərəyan ayırıcılarının vaxtaşırı təmiri və s.);
• Havalandırma, soyutma, isitmə və başqa texniki təchizatların qurulmasında yaxından iştirak etmək və sonrakı texniki xidmətlərin göstərilməsi;
• Yanğından mühafizə sistemlərinə texniki qulluq və lazım gəldikdə texniki müdaxilənin edilməsi;
• Lazım gəldikdə əl işlərinin yerinə yetirilməsi (kilidlərin və ya açarların dəyişdirilməsi, sınıq şüşələrin dəyişdirilməsi işləri, malyar işləri, kafel işləri, santexnika işləri və s);
• Tələb olunduqda ziyanverici həşaratlara qarşı mübarizə aparmaq üçün dərmanlama işlərinin aparılmasının təmin edilməsi;
• Təmir işlərinin bir hissəsi olaraq boyama işləri, dülgər işlərininin yerinə yetirilməsi;
• Rəhbəri tərəfindən tapşırılan digər işlərin icrası.

Vəzifəyə dair tələblər:

• Təmir işləri üzrə texnik kimi təcrübəyə malik olması və peşə hazırlığının olmasına dair təsdiqedici sənədlər;
• Elektrik, mexaniki və digər sistemlər haqqında orta təcrübəyə və biliklərə malik olmaq;
• Ümumi təmir prosesləri və metodologiyası haqqında biliklərə malik olmaq;
• Alətlərlə, ümumi avadanlıqlar və qurğularla işləmək biliyinə malik olmaq;
• Əl işləri bacarıqları və problem həll etmək vərdişləri;
• Uyğun təhsilin olması (texniki sahələr üzrə ali və ya orta ixtisas təhsili);
• İsitmə, soyutma, havalandırma sistemləri üzrə bilik və bacarıqlar.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@saffron.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP