Nəqliyyat sənədləri üzrə kargüzar
 
JOB TITLE: Nəqliyyat sənədləri üzrə kargüzar
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-07 LAST UPDATED: N/A DEADLINE: 2020-02-06

Yer: Baş ofis
Departament: İR və İnzibati İdarəetmə
Vəzifə: Nəqliyyat sənədləri üzrə kargüzar

Vəzifənin adı: Nəqliyyat sənədləri üzrə kargüzar

Vəzifənin icmalı və məqsədi: Nəqliyyat Nəzarətçisini dəstəkləməklə, nəqliyyat fəaliyyətinin müxtəlif növlərinin təmin edilməsindən məsul olmaq

Məsuliyyət sahələrinə daxildir:

Vəzifə öhdəlikləri:

 Şirkətin bütün əməkdaşlarına/qonaqlara nəqliyyat sorğularının koordinasiyasında yardım etmək, onlara vaxtında yazılı rəy vermək
 “Coins” proqramında xidmətlərin ödənişi, avtobus və taksi icarəsinin ödənişi, sürücülərin iş vaxtından artıq işləməsi, parkinq haqqı və s. kimi bütün növ ödənişlərdə yardım etmək
 Şirkətin bütün nəqliyyat vasitələrinə vaxtında benzin doldurulmasını təmin etmək
 Bütün ödənişlərin statusu və təchizatçılarla müqavilələrin müddəti ilə bağlı Maliyyə Departamentinə vaxtında dəstək vermək
 Bütün sürücülərin həftəlik yazılı gediş hesabatları və səfərqabağı hesabatlarını yazmalarını və bu hesabatları aylıq olaraq Nəqliyyat Nəzarətçisinə təqdim etmələrini təmin etmək
 Şirkətin bütün minik və yük maşınları üçün Yol Polis İdarəsindən gələn sənədlərin rəsmiləşdirilməsində Nəqliyyat Nəzarətçisinə kömək etmək
 Nəqliyyat Nəzarətçisinin sorğusu əsasında aylıq və ya illik daşıma hesabatlarının hazırlanmasına yardım etmək
 Şirkətin bütün nəqliyyat vasitələrində yaranan texniki nasazlıqlar barədə məlumat vermək
 Şirkətin bütün nəqliyyat vasitələrinin həftəlik taxometr məlumatları haqqında qeydiyyat aparmaq
 Şirkətin nəqliyyat vasitələrinin jurnallarının (sürücülərin əlaqə məlumatları, identifikasiya nömrələri və s. daxil olmaqla) dəqiq şəkildə aparılmasını koordinasiya etmək
 Şirkətin təhlükəsizlik tələblərinə uyğun olaraq bütün zəruri avadanlıqların mövcudluğunun yoxlanmasına kömək etmək
 Daşınma ilə bağlı Risklərin Qiymətləndirilməsində iştirak etmək
 Nəqliyyat vasitəsinin vəziyyətinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığını və nəqliyyat vasitəsinin təhlükəsizlik avadanlığının yerində və yaxşı işlək vəziyyətdə olub-olmadığını yoxlamaq
 GPS sistemi ilə şirkətin bütün nəqliyyat vasitələrini müşahidə etmək və onlara nəzarət etmək
 Şirkətin bütün nəqliyyat vasitələrinin sığortalanmasının və Kasko sığortasının koordinasiyasını aparmaq

Vəzifənin kvalifikasiyası

Biliklər

 Bakalavr dərəcəsi
 Maliyyə sahəsində iş təcrübəsi arzuolunandır
 Excel/Microsoft Office, Outlook üzrə yüksək səviyyədə biliklər
 Power Point proqramı üzrə ümumi biliklər
 Azərbaycan və ingilis dillərində sərbəst, rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
 Yol hərəkəti qaydalarını, Baş Dövlət Yol Polis İdarəsinin qaydalarını və s. yaxşı bilmək
 Eyni anda birdən çox tapşırığı idarə etmək bacarığı
 Gənc, səmimi, pozitiv kişi namizəd

Please, send your CV/Resume to hr@azerbaijansupermarket.com with "Nəqliyyat sənədləri üzrə kargüzar" subject.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP