Brand Manager
 
JOB TITLE: Brand Manager
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-07 LAST UPDATED: N/A DEADLINE: 2020-02-06

Brand Manager / Marka Rəhbəri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq Brand Manager / Marka Rəhbəri vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

• İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak etmək.
• Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra etmək
• Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinifi yaradılması istiqamətində təkliflər hazırlayır.
• Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır
• Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir
• Yeni məhsul konseptləri hazırlamaq , bazar raşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib bəyənilməməsini sınaqdan keçirir.
• Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir.
• Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.

Əsas tələblər:

• Marketinq sahəsi üzrə ali təhsil və ən az 3-4 illik iş təcrübəsi;
• Rus və İngilis dillərini yüksək səviyyədə bilməli
• MS office proqramlarını (xüsusilə Excel və PowerPoint) bilməlidir.
• Yaradıcı düşüncə tərzinə sahib olmalı
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür
• Mətbəə işləri və dizayn proqramlarından anlayışı olmalı.
• Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analiz etmə, daxili bazara təsir edə biləcək təhlilləri verə bilmə bacarığına sahib olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Brand Manager”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP