Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Grow Group Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-08 LAST UPDATED: N/A DEADLINE: 2020-02-07



Baş mühasib

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi;
• ƏDV, DSMF, Ödəmə Mənbəyindən tutulan Vergi, Mənfəət Vergisi, Əmlak Vergisi, Torpaq Vergisi bəyannamələrinin tərtib və təqdim edilməsi;
• Statistika hesabatlarının verilməsi;
• Vergidən daxil olan məktubların cavablandırılması;
• Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
• Tenderlərdə iştirakı ilə bağlı sənədləşmələrin hazırlanması.

Namizədə tələblər:

• İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
• Tikinti və retail sektorunda baş mühasib (mühasib) olaraq ən az 10 il iş təcrübəsi;
• 1C mühasibatlıq proqramını tam bilməli;
• A.R. Vergi, DSMF, Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
• Rus və İngilis dili bilmək arzuolunandır.

E - mail : office@growgroup.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP