Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: Santral MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-08 LAST UPDATED: N/A DEADLINE: 2020-02-07

Satış təmsilçisi

Santral mağazalar şəbəkəsi müxtəlif növ seramika, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Santral MMC" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Satış  təmsilçisi - bizim şirkətdə karyerasını qurmaq istəyən gənclərimiz üçün ilkin addımdır. Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Vəzifə və öhdəliklər:

• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənərək düzgün seçim etməyə köməklik göstərmək, mallar haqqında ətraflı və doğru məlumat vermək, satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
• Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
• Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
• Satışın həyata keçirilməsi zamanı müvafiq sənədlərin hazırlanmasını təşkil və nəzarət etmək.

Namizədə olan tələblər:

• Seramika sahəsində satış üzrə təcrübə;
• Müştərilərlə işləmək və satış qabiliyyəti olmalı;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

Şərtlər:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Satış üzrə təmsilçi” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP