Ofis meneceri - receptionist
 
JOB TITLE: Ofis meneceri - receptionist
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-09 LAST UPDATED: 2020-01-09 DEADLINE: 2020-02-08

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:

Vəzifə: ofis meneceri (receptionist)

İş qrafiki: saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri

Vəzifə təlimatları:

• Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
• Qonaqlarla görüşlərin təşkil olunması;
• Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
• Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
• Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
• Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
• Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Vəzifəya dair tələblər:

• Ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
• Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
• Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
• Təşkilati bacarıqlar;
• Yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək etik davranış qabiliyyəti;
• Səbrli və məsuliyyətli olmalı.

CV-lərinizi hr@melissagroup.az ünvanına "ofis meneceri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP