
BOKT “AzKredit” MMC Məhkəmə və İcra işləri şöbəsinə Bakı-Sumqayıt regionu üzrə Hüquqşünas vəzifəsi üçün işçi qəbulunu elan edir.
İş yeri Bakı şəhərində BOKT AzKredit MMC-nin Baş ofisində olacaq.
Əsas vəzifə və öhdəlikləri:
• Şöbə müdirinin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq; • Şöbə müdirinin tapşırığı əsasında AzKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək; • Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək; • Kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək; • Əmək funksiyalarına uyğun AzKredit rəhbərliyinin və Şöbə müdirinin digər tapşırıqlarını yerinə yetirmək; • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq; • Bütün fəaliyyətini AzKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək); • Hüquqşünas vəzifəsində ən azı 1 illik iş təcrübəsi; • Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində ən azı 1 illik iş təcrübəsi; • Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini əla bilmək; • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı; • Kompüterdə (Outlook, MS Office) sərbəst işləmək; • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri; • Təşkilatın missiyasına sadiqlik. Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 15 Yanvar 2020-ci il tarixinədək e-mail (cv@azcredit.az) vasitəsilə təqdim etsinlər. E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
|