Online satışlar üzrə mütəxəssis
 
JOB TITLE: Online satışlar üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-09 LAST UPDATED: N/A DEADLINE: 2020-02-08

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Online satışlar üzrə mütəxəssis

Vəzifələr:

• Ərazi üzrə online satış məhsulların alıcılara təhvil verilməsi;
• Məhsulların təhvili zamanı alıcının analiz edilməsi;
• Alıcılar ilə sənədləşmə işlərinin aparılması;
• Şirkətin məhsulları üzrə alıcılara məlumatlar vermək;
• Rəhbrəliyin tapşırığı ilə vəzifədən irəli gələn digər işlərin icrası;

Tələblər:

• Ali təhsil (İqtisadiyyat sahəsi üzrə arzuolunandır);
• Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilməli, rus dili biliyi arzuolunandır;
• Sürücülük vəsiqəsinin olması;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti, təhlil etmə bacarığı;
• Satış və təqdimat bacarığı;
• Komandada işləmək bacarığı;
• Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Online satışlar üzrə mütəxəssis” yazaraq CV formasını ir@kontakt.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP