 “AtaSığorta” ASC-nin Hüquq Departamentinin hüquqşünas vəzifəsi üzrə vakansiya elan edilir: İş barədə məlumat
1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək; 2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq; 3. Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək; 4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək; 5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək; 6. Şirkətlə tərəf-müqabilləri arasında bağlanacaq müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00-18:00;
Namizədə tələblər
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla – Məsuliyyətli və işində dəqiq; – Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik; – İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir. - İş təcrübəsinin olması zəruri deyil.
Uyğun namizədlərdən CV-lərini office@atasigorta.az elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.
|