Qəza komissarı (Şabran, Xızı, Quba, Qusar, Xaçmaz, Xudat, Siyəzən)
 
JOB TITLE: Qəza komissarı (Şabran, Xızı, Quba, Qusar, Xaçmaz, Xudat, Siyəzən)
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-10 LAST UPDATED: N/A DEADLINE: 2020-02-09

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Qəza komissarı (Şabran,Xızı,Quba,Qusar,Xaçmaz,Xudat,Siyəzən)

Əsas vəzifə öhdəlikləri

• Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
• Hadisənin foto və video çəkilişlərini aparmaq
• Hadisəni rəsmiləşdirmək

Namizədə tələblər

• Yaş: 25-40
• Cinsi: kişi
• Təhsil: Orta
• İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla),
• B kateqoriyalı sürücülük vəsiqəsi olmalı
• Mütləq şəxsi avtomobili olmalı
• Namizədin yaşayış yeri: Şabran,Xızı,Quba,Qusar,Xaçmaz,Xudat,Siyəzən rayonlarından biri olmalı

Şəxsi keyfiyyətlər

• Məsuliyyətli
• Stressə davamlı
• Avtomobilin texniki hissələri haqda anlayışın olması
• Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olan

İş şərtləri

• Əmək haqqı 400 AZN
• Yanacaq pulu verilir

Məlumatlandırıcı qeydlər

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Maraqlananlar öz CV formalarını cv@ateshgah.com ünvanına göndərə bilərlər (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir )

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP