İnsan resursları departamentinin direktoru
 
JOB TITLE: İnsan resursları departamentinin direktoru
EMPLOYER: Dövlət Maliyyə Qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-11 LAST UPDATED: 2020-01-10 DEADLINE: 2020-02-10

İnsan resursları departamentinin direktoru

İnsan resursları direktorunun vəzifələri və profili

Vəzifə qurumun insan resurslarının səmərəli idarə olunması vasitəsilə və yüksək şəxsi dəyərləri ilə biznes ehtiyaclarını dəstəkləmək və qurumun strategiyasının və məqsədlərinin uyğun şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Vəzifələrə, bunlarla məhdudlaşmayaraq, işə qəbul, performansın idarə edilməsi, təlim və inkişaf, əməyin dövri dəyişməsi, istedad idarəçiliyi və varisliyin planlanması, işçilərarası əlaqələr, mükafatlandırma və ödənişlərin idarə edilməsi və s. daxildir.

Əsas vəzifələr

• İnsan resursları siyasət və prosedurlarının hazırlanması və tətbiq edilməsi;
• Qurumun işə qəbul prosesinə, xüsusilə heyətin axtarılması və seçilməsinə nəzarət edilməsi; birbaşa rəhbərlərə köməklik göstərilməsi və onların seçim prosesi ilə bağlı təlimatlandırılması; məzunların işə qəbulu kompaniyalarının idarə edilməsi və s.
• İşçilərin işlə tanışlığı və orientasiyası prosesinin idarə edilməsi;
• İstedadların inkişafı və saxlanması proqramlarının həyata keçirilməsi vasitəsilə cari və gələcək biznes ehtiyaclarının dəstəklənməsi;
• Həlledici vəzifələrin, potensial varislərin müəyyən edilməsi vasitəsilə qurumun varisliyin planlanması prosesinə nəzarət edilməsi və inkişaf planlarının yerinə yetirilməsi və ardıcıllığın təmin edilməsi məqsədilə birbaşa rəhbərlərlə işin davam etdirilməsi;
• İllik performansın idarə edilməsi tsiklindən istifadəyə nəzarət edilməsi; proses ərzində birbaşa rəhbərlərin yönləndirilməsi və onlara köməklik göstərilməsi;
• Heyətin tədrisi və inkişafı proqramlarına nəzarət edilməsi; illik təlim planının icrasına nəzarət edilməsi;
• İşçilər üçün müavinət və ödəniş siyasətlərinin idarə edilməsi, təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi;
• İşçilərin şikayətlərinin dinlənilməsi və həll edilməsi; işçilərə və rəhbərlərə məsləhət verilməsi;
• İşçilərin intizam prosedurlarının idarə edilməsi;
• İnsan resursları departamentinə rəhbərlik etməklə insan resursları ilə bağlı adekvat köməkliyin təmin edilməsi, komanda üzvləri arasında effektiv kommunikasiya və vəzifələndirmə;
• Şirkətin əsas dəyərlərini ehtiva edən və işçilərin işə cəlb edilməsini təkmilləşdirən müsbət iş mühitini təşviq etmək üçün işçilər və rəhbərlərlə işin aparılması;
• Biznes daxilində düzgün praktikaların tətbiq edilməsinin, müvafiq qanunvericilik tələblərinin yerinə yetirilməsinin, həmçinin məhkəmə risklərinin azaldılmasının təmin edilməsi; əmək qanunvericiliyində dəyişikliklərdən məlumatlı qalmaq üçün dövlət orqanları ilə əlaqələrin saxlanması.
• Gənc insan resursları personalının hazırlanmasının diqqətdə saxlanılması, cari və gələcək biznes ehtiyaclarının dəstəklənməsi məqsədilə yetərli bacarıqların mövcudluğu və inkişafının təmin edilməsi üçün təlimatlandırma və yönləndirmə;
• Qurumun rəhbərliyi ilə sıx işləmək, şəxslərə əlaqədar məsləhət, tövsiyənin verilməsi, insan resursları ilə əlaqədar müvafiq məlumat və statisik göstəricilər ilə qərar vermənyə köməklik göstərilməsi;
• Müxtəlif insan resursları strategiyaları və təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi vasitəsilə biznes ehtiyaclarının dəstəklənməsi və qurumun məqsədlərinin uyğun qaydada həyata keçirilməsinin təmin edilməsi;

Təcrübə və təhsil

• İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə magistr dərəcəsi;
• İnsan resursları ixtisası üzrə ən azı 5 il ümumi təcrübə;
• Yüksək göstəricili təşkilatların inkişafı və dəstəklənməsinə yönəlmiş rəhbər vəzifədə ən azı 2 il iş;
• Etibarlı insan resursları institutlarının sertifikatları (CİPD, SHRM və s.).

Bilik və bacarıqlar

• Təşkilatda insan resursları mütəxəssisi vəzifəsini dərindən anlamaq, insan resursları funksiyasına nəzarət və siyasət və prosedurların idarə edilməsi;
• Məşğulluq/əmək qanunlarını yaxşı bilmək;
• Kompyuter bacarıqları və ofis proqramı paketləri üzrə bilik (MS Office üzrə mütəxəssis səviyyəsində bilik);
• Azərbaycan, rus və ingilis dillərini səlis bilmək;
• Mükəmməl liderlik, heyətin idarə olunması bacarıqları;
• Mükəmməl kommunikasiya bacarıqları;
• Detallara diqqət yetirməklə və müştəri xidmətləri istiqamətli mükəmməl analitik və problemlərin həlli bacarıqları və təşkilatın bütün səviyyələrində, fərdi və komanda daxilində effektiv işləmək bacarığı.

E - mail : vacancyn2020@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP