Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Oil Supply MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-13 LAST UPDATED: N/A DEADLINE: 2020-02-12

Baş mühasib

Vəzifə öhdəlikləri

• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
• Daxil olan materialların və xidmətlərin uçotu
• Əsas vəsait və qeyri-maddi materialların uçotu
• İnzibati və kommersiya xərclərinin uçotunun aparılması
• Invoysların, e-qaimələrin və e-VHF-ın tərtibatı və izləmələri;
• Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və nəzarət;
• Şirkətin kassa uçotunun aparılması;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
• Əməliyyatları 1C proqramında aparmaq
• Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
• Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
• İdarəetmə (maliyyə uçotunun) bilməsi (burada Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatların aparılması);
• Şirkətin maliyyə təsərrüfat fəaliyyətinin mütəmadi təhlili və nəzarəti.
• Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə müəyyən dərəcədə bilikləri;
• Debitor borcları üzrə ödənişlərin olunmasına mütəmadi nəzarət
• Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması
• Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək

Namizədə tələblər

• Yaş: 30-50
• Cinsi: Qadın
• Ali təhsilli (Mühasibatlıq və maliyyə sahəsində)
• Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi
• Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
• Analitik təhlil etmə qabiliyyəti
• ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
• Xarici dil bilikləri Rus və İngilis dili bilmesi üstünlükdür
• Kompyuter biliyi yüksək səviyyədə (1C7.7, 1C8.3, BTP, Excel, Word, Outlook)

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 6 günü;
• İş saatı: Həftə içi 09:00-19:00, şənbə günü 10:00-15:00. Bazar günü istirahət
• Əmək Haqqı – 1500 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Maraqlanan namizədlərdən öz CV-lərini info@oilsupply.az poçt ünvanına, mövzu bölməsində baş mühasib yazılmaqla göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP