Qazax və Ağstafa filiallarına əməliyyatçı xəzinədar tələb olunur.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır); • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi; • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı; • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi; • Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi; • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi; • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması; • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.
CV-ləri Qazax / Ağstafa filialı üzrə əməliyyatçı xəzinədar mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
|