Qrafik Dizayner
 
JOB TITLE: Qrafik Dizayner
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-13 LAST UPDATED: 2020-01-13 DEADLINE: 2020-02-12

“Azertexnolayn” MMC-nin Marketinq şöbəsinə “Qrafik Dizayner” vakansiyası üzrə əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

- Verilən təlimatlara uyğun olaraq dizayn hazırlamaq və çapa hazır etmək,
- Buklet, flayer, liflet, kataloq, kalendar və müxtəlif formatlı web bannerlərin (GIF, HTML5 və s.), eləcədə digər kommunikasiya vasitələrinin dizaynının hazırlanması,
- Dizaynların çap və yerləşdirmə öncəsi proseslərə hazırlanması,
- Hazırlanmış kontentin web sayt, sosial mediyaya yerləşdirilməsi,
- Tapşırıqların və hesabatların vaxtında icra olunması.

Seçim meyarları:

- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il (Agentlik təcrübəsinin olması arzu olunandır)
- Təhsili/ixtisası: Ali
- Bacarıqlar: MS office, Corel Draw, Adobe Photoshop, Adobe İllustrator, Adobe After Effects, Adobe Flash proqramları
- Dizaynların çapa hazırlıq proseslərini və texniki tələblərini dəqiq bilmək,
- Sosial Media Marketinq (SMM) üzrə bilik və təcrübə,
- Minimum İT bilikləri.
- Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür

Fərdi keyfiyyətlər:

Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Marketinq şöbəsi
İş rejimi: I – V gün 09:00 – 18:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Qrafik Dizayner" başlığı altında Elchin.Qedimov@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP