 Vəzifə: Bankın Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması; Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır); Təhlil etmə və hesabatların hazırlanması bacarıqları; Analitik düşünmə qabiliyyəti; Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı; Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı; Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı; İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
İŞİN TƏSVİRİ:
Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək; Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili; Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi; Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması; Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq; Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|