 Vəzifə: Biznesin İnkişafı İdarəsinin Məlumat mərkəzinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil; • Müştəri ilə ünsiyyət qurma bacarığı; • Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı; • Məsuliyyət, dəqiqlik, fəallıq; • Kompyuter proqramları ilə istifadə bacarığı; • Komandada işləmək bacarığı; • Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı; • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; • Nəzakətlik, dəqiqlik; • Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı. • Bank sektorunda təcrübənin olması; • Yüksək qavrama və öyrənmə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Banka daxil olan zənglərin cavablandırılması; • Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması; • Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması; • Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması; • Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi; • Görülən işlər üzrə hesabatların hazırlanması; • Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|