
Vəzifə: Bankın Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili; • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək); • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq; • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; • Riyazi hesablama aparmaq qabiliyyəti; • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; • Yüksək qavrama və öyrənmə qabiliyyəti; • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; • Kompüter bilikləri (Excel proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)
İŞİN TƏSVİRİ:
• XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə; • Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları; • Vəsaitlərin müştəri hesablarına mədaxili; • Müxbir hesab qalıqlarının yoxlanılması; • MT103, MT202, MT300, MT320, MT199 formatlı SWIFT məlumatlarının hazırlanması; • Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi; • Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|