Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Dinçer&Carçıoğlu BM  DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-13 LAST UPDATED: 2020-01-13 DEADLINE: 2020-02-12

 

Vakansiya – Mühasib

- İş yeri – Bakı şəhəri
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-13:00
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vəzifə öhdəlikləri

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi
• Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi.
• Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edilməsində iştirak,
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;

• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir
• E-Qaimə Fakturalarının tərtib olunması və göndərilməsi
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak

Tələblər

• Təhsil : Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
• Təcrübə: Minimum 1-3 il (Müvafiq sahədə 2 il )
• Dil bilikləri: Azərbaycan və Rus Dilləri , İngilis dili arzuolunandır
• İT üzrə biliklər: MS Office və LOGO Tigger3 (və ya digər mühasibatlıq proqramları)

Texniki Bacarıqlar

• Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
• Mühasibat uçotu hesablar planı
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
• Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
• Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları

Səriştəlik

• Təşəbbüskarlıq və məsuliyyətlilik
• İntizamlılıq və nəticəyə köklənmə
• Açıq fikirli və problemi həll etmə bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Düzgünlük və dəqiqlik
• Yüksək təqdimat bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini dincherbm@hotmail.com ünvanına göndərə bilərlər.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP