PR üzrə mütəxəssis
 
JOB TITLE: PR üzrə mütəxəssis
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-13 LAST UPDATED: N/A DEADLINE: 2020-02-12

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

PR üzrə mütəxəssis

Namizədə tələblər

• Təhsil: Ali( jurnalistika/ marketinq /PR sahəsində təhsil arzuolunandır)
• Müvafiq sahədə ən azı 1 il təcrübə
• Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus və İngilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

• PR kampaniyaların keçirilmə planını təşkil etmək və büdcəsini təyin etmək
• Press-relizlər, informasiya xəbərləri, məqalələr yazmaq
• Şirkətdaxili PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək
• Şirkətin ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək
• KİV, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələri inkişaf etdirmək
• Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirak etmək təklifini təhlil etmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı : müsahibə əsnasında
• İş yeri : Baş ofis

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “PR üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP