Marketinq departamenti, Direktor
 
JOB TITLE: Marketinq departamenti, Direktor
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-13 LAST UPDATED: N/A DEADLINE: 2020-02-12



Vəzifə : Marketinq departamenti, Direktor

Vəzifə öhdəlikləri:

• Şirkətin ümumi strategiyası çərçivəsində marketinq fəaliyyətinin və siyasətinin müəyyən edilməsini təşkil etmək;
• Şirkətin strateji inkişaf planından irəli gələn işlərin həyata keçirilməsini təşkil etmək;
• Müvafiq şöbələr ilə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
• Şirkətin brendinin gücləndirilməsi və imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək;
• Şirkətin rəqəmsal marketinq siyasətinin hazırlanması, rəqəmsal marketinq layihələrinin idarə edilməsi;
• Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının təhlilinə əsaslanaraq istehlak tələbatının və rəqib şirkətlərin bazar payının proqnozlaşdırılmasını təmin etmək;
• Departament tərəfindən müxtəlif növ marketinq araşdırmalarının və təhlillərinin təşkil edilməsi və keçirilməsini təmin etmək;
Şirkətin cari və potensial tərəfdaşları ilə biznesin inkişafı və marketinq sahəsində əlaqələrin qurulması, əməkdaşlıq layihələrinin və reklam / PR aksiyalarının hazırlanması və tətbiqini təmin etmək;
• Şirkətin strukturlarının reklam və promo məhsullarına ehtiyacının müəyyən etmək;
• Departament tərəfindən Şirkətin informasiya siyasətinin müəyyən edilməsini, məlumat-mətbuat xidmətinin həyata keçirilməsini, şirkətin fəaliyyətinin müxtəlif vasitələrlə KİV-lərdə işıqlandırılmasını təşkil etmək;
• Şirkət tərəfindən korporativ tədbirlərin və təqdimatların, eləcə də Bankın iştirakı / aidiyyəti olan digər biznes və sosial xarakterli tədbirlərin hazırlanmasnın və keçirilməsinin təşkil edilməsində iştirak etmək;
• İllik Marketinq büdcəsinin hazırlanması, təsdiq edilməsi və maliyyə vəsaitin idarə edilməsinə dair təkliflər verilməsi, həmçin büdcəyə əsasən şirkətin illik reklam planının hazırlanması və icrasının təmin edilməsi;
• Şirkətin ümumi strateji planı çərçivəsində marketinq strategiyası və bu strategiyanın əməliyyat planları təsdiq olunduqdan sonra, bu planların icrasından irəli gələn fəaliyyəti həyata keçirilməsini təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək;
• Daim Şirkətin imicini və mənafeyini qorumaq.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Qeyd edilən sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan, Rus və İngilis dillərini bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: cv@stp.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP