Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Logist LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-14 LAST UPDATED: N/A DEADLINE: 2020-02-13

Mühasib

Logistika üzrə sürətli inkişaf edən Logist şirkəti komandasına yeni üzvlər axtarışındadır. Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ (tam tsikl) xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin daxili sənədləşmənin, mühasibat uçotunun hesablar planının, digər uçot registrlərinin təşkilinin həyata keçirilməsi
• qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotu və hesabatı üzrə informasiya sisteminin formalaşdırılmasına, daxili və xarici istifadəçilərə təqdim olunmasına rəhbərlik edilməsi
• Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi
• Əmək haqqı, debitor–kreditor borclar və sair hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsinə nəzarət edilməsi
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi
• Vergi orqanı, Dövlət Sosial Müdafiə Fondu və sair qurumlarla işin təşkil edilməsi;

Şərtlər

• Əmək haqqı: Namizədə uyğun olaraq 500 AZN-dən başlayaraq
• İş qrafiki həftə içi 9 00 – 18 00, şənbə 9 00 – 14.00 istirahət günü - bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Şirkət nömrəsi ilə təmin olunma
• Kadrların ixtisas inkişafına yönəlmiş təlimlərin təşkili

Namizədə tələblər

• Ali təhsil ( Mühasibat uçotu , Maliyyə, İqtisadiyyat )
• 1C, MS Office, internet bilik və bacarıqları yüksək səviyyədə.
• Mühasib kimi ən azı 3 il iş təcrübəsi
• Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyəti
• Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu biliklərinin olması;
• Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
• AR Prezidentinin müvafiq Fərmanları və Nazirlər Kabinetinin qərarlarını haqqında məlumatlaı olmalı;
• Maliyyə hesablaşmalarının hazırlanması və təqdim edilməsi;
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• DSMF hesabatların hazırlanması və təqdim olunması;

Maraqlanan namizədlərdən öz CV-lərini info@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP