Logistik operator
 
JOB TITLE: Logistik operator
EMPLOYER: Logist LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-14 LAST UPDATED: N/A DEADLINE: 2020-02-13

Logistik operator

Logistika üzrə sürətli inkişaf edən Logist şirkəti komandasına yeni üzvlər axtarışındadır. Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ (tam tsikl) xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Logist MMC müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr üçün logistika xidmətlərini təklif edir. Buraya:

- Beynəlxalq daşınma;
- Gömrüklə bağlı sənədləşmə işləri;
- Yüklərin anbarlarda saxlanılması;
- Malların çatdırılmaya hazırlığı və çatdırılması;
- Yüklərin mənzil başına düzgün sayda və keyfiyyətdə təhvil verilməsinin təşkil edilməsi kimi kompleks xidmətlər daxildir.

Vəzifənin öhdəlikləri

• Anbar tutumunun optimal səviyyədə saxlanılması
• Sifarişin yerinə yetirilməsi və nəqliyyat dövrü boyunca fəaliyyətlərə rəhbərlik və onların müəyyən edilmiş müddətlərə əməl olunmasına nəzarət
• Malların və nəqliyyat vasitələrinin inventarlaşdırılması və nəzarət
• Mövcud təqib sistemlərindən hesabatların əladə olunması və hesabatlıqda emal olunması
• Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbəliyə təqdim edilməsi
• Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması
• Gömrük sənədləri haqqında ümumi məlumatlılıq
• Gömrük rəsmiləşdirilməsi prosesində iştirak üçün uyğunluq
• Beynəlxalq transportun təşkili
• Qeyd: Bütün qeyd edilən öhdəliklər üzrə müəəyyən edilmiş müddətdə tam şəkildə təlimlər keçiriləcəkdir.

Şərtlər

• Maaş: Namizədə uyğun olaraq 400 AZN-dən başlayaraq
• İş qrafiki: Həftə içi 9:00 – 18:00, Şənbə 9:00 – 14:00, İstirahət günü - Bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Şirkət nömrəsi ilə təmin olunma
• Kadrların ixtisas inkişafına yönəlmiş təlimlərin təşkili

Namizədə tələblər

• Ali təhsil
• Ünsiyyət bacarıqları
• Yaş limiti: 21-35 yaş
• Kollektivdə işləmə bacarığı
• Rus və ingilis dili biliyi arzuolunandır
• Təzyig altında işləmə bacarığı
• Logistika sahəsində 1 ilə qədər təcrübəsi olanlara üstünlük veriləcəkdir

Maraqlanan namizədlərdən öz CV-lərini info@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP