Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Azakhov LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-14 LAST UPDATED: N/A DEADLINE: 2020-02-13

Mühasib

İş barədə məlumat

- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
- Vergi hesabatlarının (o cümlədən mənfəət və ƏDV hesabatının) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramı və ya digər müvafiq proqrama daxil edilməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- AR əmək məcəlləsinə vuyğun sənədləşmə və müqavilələrin tərtib olunması
- İş vaxtı: Bazar ertəsi -Cümə 09:00-dan 18:00-dək

Namizədə tələblər

- Xanım namizəd
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibatlıq)
- Uyğun sahə üzrə minimum 3il təcrübə
- Azərbaycan və rus dilləri sərbəst, ingilis dili biliyi orta səviyyədə olmalı
- Proqram bilikləri: MS Word, MS Excel, 1C (7.7,8.2,8.3)
- Vergi qanunvericiliyi üzrə biliklər
- Analitik təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Əmək haqqı 500 AZN

Uyğun namizədlər CV-lərini hr@azakhov.com e-mail ünvanına Mövzu hissəsinə “Mühasib” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP