Reklam yerləşdirilməsi üzrə mütəxəssis
 
JOB TITLE: Reklam yerləşdirilməsi üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-28 LAST UPDATED: N/A DEADLINE: 2020-02-27



Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Reklam yerləşdirilməsi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Ənənəvi reklam kanallarında reklamların yerləşdirilməsi: çöl reklamı, televiziya və radio reklamı, nəqliyyat və nəşriyyatda reklam;
• Media-planların hazırlanması;
• Mövcud yerləşdirmələrin analizi;
• İşin istiqaməti üzrə sənədlərin və təqdimatların hazırlanması;
• Mağazalar üçün POS materialların hazırlanması.

Tələblər:

• Çöl reklamı, televiziya və radio reklamı, nəqliyyat və nəşriyyatda reklamın yerləşdirilməsi üzrə iş təcrübəsi – 1 ildən çox;
• Müxtəlif POS materialların hazırlanmasında və mağaza tərtibatında iş təcrübəsi;
• Ofis proqramlarından və brauzerlərdən professional istifadə bacarığı (böyük verilənlər bazası, Excelin müxtəlif funksiyaları, diaqramlarla iş gözlənilir).

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Reklam yerləşdirilməsi üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP