Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi
 
JOB TITLE: Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-28 LAST UPDATED: N/A DEADLINE: 2020-02-27

İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi

Öhdəliklər

• Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
• Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
• Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
• Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
• Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
• Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
• Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.

Tələblər

• Ali təhsil;
• Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
• Rus və ingilis dili bilikləri;
• Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Dəqiqlik, detallara qarşı diqqətlilik.

CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin baş mütəxəssisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP