Merçendayzer (Xanım namizədlər)
 
JOB TITLE: Merçendayzer (Xanım namizədlər)
EMPLOYER: Mars Overseas Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-28 LAST UPDATED: N/A DEADLINE: 2020-02-27

Şirkət: “MARS OVERSEAS BAKU” MMC

Vəzifə: Merçendayzer (Xanım namizədlər)

İş qrafiki: 5 günlük
Əmək haqqı: 500 – 700 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 2 il iş təcrübəsi (Yalnız xanım namizədlər)
2. Səliqəli və xarici görünüşlü
3. Müştərilərlə üznsiyyət bacarığı
4. Hər bir merçendayzerə 6-9 arası Satış nöqtəsi veriləcək

Vəzifə Öhdəlikləri

1. Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlamasını və realizə edilməsinə nəzarət etmək, məhsula satış görünüşünü vermək
2. Öhdəliyində satış nöqtələrində Şirkət məhsullarının sifarişlərini yazmaq və qəbul etmək
3. Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək
4. Şirkətin məhsullarının ərazilərdə satışının təşkili;
5. Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü;
6. Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq
7. Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə çalışmaq
8. Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək;
9. Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırır
10. Şirkətin təqdim etdiyi uniformasını təmiz saxlamaq və geyim qaydasını pozmamaq
11. Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
12. Daim Şirkətin mənafeyini və imicini qoruyur;
13. Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat verir;
14. Gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır.
15. Merçendayzerin vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər.

Müraciət üçün elshan.valizada@totalbeveragegroup.com adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Merçendayzer” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP