Marketing mütəxəssis
 
JOB TITLE: Marketing mütəxəssis
EMPLOYER: Youth Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-28 LAST UPDATED: N/A DEADLINE: 2020-02-27

Youth Academy Marketing mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

ƏSAS VƏZİFƏ və ÖHDƏLİKLƏR:

• İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyi məlumatlandırır;
• Məhsul və xidmətlərə qiymət qoyulması prosesində iştirak edir;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni xidmətlərin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır;
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkət bloqunun moderasiyasını aparır;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• Promo-aksiyalar üçün təkliflərin hazırlanmasını təşkil edir;
• Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
• Tizer və banner şəbəkələri ilə iş aparır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan sosial media və reklam vasitələrinin effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
• Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir;

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Müvafiq sahə üzrə ali təhsil arzu olunandır;
• Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsinə (təhsil sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
• Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
• SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, kreativ və yaradıcı qabiliyyətlərə sahib olmaq

Başlanğıc maaş namizədin bilik və təcrübə bacarıqlarına əsasən təyin olunacaq.

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) office@youthacademy.az e-ünvanına təqdim etsinlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Marketinq üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Müraciət etdiyiniz sahə ilə bağlı istək məktubu arzuolunandır.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP