Marketinq şöbəsinə mətn yazarı (Copywriter)
 
JOB TITLE: Marketinq şöbəsinə mətn yazarı (Copywriter)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-01-28 LAST UPDATED: 2020-01-29 DEADLINE: 2020-02-27

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Marketinq şöbəsinə mətn yazarı (Copywriter)

Əmək funksiyaları

• Layihələrin mahiyyətini dərindən anlamaq (reklamın məqsədi, mesajın məzmunu və s.);
• Müxtəlif formatda reklam mətnlərinin və kontentin yazılması;
• Reklam kampaniyalarını aydın ifadə edən sloqan təklifləri etmək;
• Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər düşünmək;
• Məhsullar haqqında marketinq kampaniyalarına uyğun təsvir yazmaq;
• Məhsul və xidmətlərin tanıtımı üçün paylaşım mətnlərini yazmaq;

Tələblər:

• Ali təhsil (Filologiya, jurnalisika və ya marketinq sahəsində arzuolunandır);
• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• İngilis və Rus dilindən araşdırma və tərcümə etmə bacarığı;
• Mətn yazarı (Copywriter) vəzifəsi üzrə iş təcrübəsi – 2 ildən artıq;
• Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı;
• Reklam mətnlərinin hazırlanması təcrübəsi;
• Yaradıcı işlərdən ibarət Portfolio;
• Analitik düşüncə tərzi;

Sizi gözləyir:

• Peşəkar, yaradıcı və mehriban kollektivdən ibarət iş mühitində çalışmaq
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• Rəqabətli əmək haqqı
• İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq şöbəsinə mətn yazarı (Copywriter)” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP