
Bank “BTB” ASC Satışlar departamenti, Pərakəndə bankçılıq şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.
Pərakəndə bankçılıq şöbəsinin rəhbəri
İş barədə məlumat:
• Fiziki şəxslərin bank xidmətləri üzrə istək və ehtiyaclarını öyrənir və bunun əsasında pərakəndə bank məhsullarının inkişafı üçün müvafiq təklifi verir; • Qeyri kredit məhsulların satışları üzrə satış planları hazırlayır, əməkdaşların satış planlarının icrasina nəzarət edir; • Bankın pərakəndə məhsullarının bazarda tanıdılması və satışı üzrə tədbirlər görür; • Bankın pərakəndə satışın inkişafı üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələri hazırlayır, yeni məhsul və şərtlərin hazırlanmaslnda müvafiq struktur bölmələri ilə əməkdaşlıq edir.
Namizədə tələblər: ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil; ən azı 3 il müştəri xidməti sahəsində bank təcrübəsi; Azərbaycan, Rus və İngilis dilləri; ünsiyyətqurma bacarığı; satış bacarığı; analitik bacarıq; yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Pərakəndə bankçılıq şöbəsinin rəhbəri) göstərməyiniz xahiş olunur.
|